Corc Rassel Avstraliya Qran-prisindəki qəza barədə

  • 24 Mart 2024, 15:12

"Mercedes" komandasının sürücüsü Corc Rassel Avstraliya Qran-prisində baş verən qəzanı şərh edib.

Sportlife.az xəbər verir ki, o, "Aston Martin" komandasının sürücüsü Fernando Alonso ilə toqquşub.

“Mənim mövqeyim belədir: mən trasdan çıxdım və bu mənim günahımdır. Dönməyə 100 metr qalmış Fernandodan yarım saniyə geri qaldım, sonra birdən o, düz qarşımda peyda oldu, az qala, necə deyərlər, onun sürət qutusunda idim. Bilmirəm maşında problem olub, yoxsa yox. Deməyə sözüm yoxdur. Təkrarına özüm baxmalıyam. Yarışımın belə başa çatması məni məyus etdi" - "Sky Sports" Rasselin sözlərindən sitat gətirib.

"Ferrari" komandasının sürücüsü Karlos Sayns Avstraliya Qran-prisinin qalibi olub. Onun komanda yoldaşı Şarl Lekler ikinci, "McLaren" komandasının sürücüsü Lando Norris isə üçüncü yeri tutub.


Paylaş: