Fransalı pilot "Haas"a keçdi

  • 26 İyul 2024, 15:52

Fransalı Formula 1 sürücüsü Esteban Okon gələn ildən etibarən "Haas"da yarışacaq.

Sportlife.az xəbər verir ki, fransalı pilotla çox illik müqavilə imzalanıb. Onun komanda yoldaşı isə gənc Oliver Berman olacaq.

2016-cı ildən bəri F1-də olan Okon son 5 ili "Alpin" komandasında keçirdib. Onun karyerasında bir yarış qələbəsi də var. 27 yaşlı pilot 2021-ci ildə keçirilən Macarıstan yarışını qazanıb.

Qeyd edək ki, "Haas" komandasının hazırkı pilotlarından Niko Hülkenberq növbəti mövsüm "Sauber"də yarışacaq, Kevin Maqnussen də komandadan ayrılacaq.


Paylaş: