Həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşdi

  • 19 Aprel 2024, 12:10

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, XVII turun görüşləri aprelin 20-də təşkil olunacaq.

Əvvəlcə saat 12:00-da “Qarabağ” və “Azəryol” komandaları üz-üzə gələcəklər. Daha sonra “Bakı” ilə “Kür” münasibətlərinə aydınlıq gətirəcəklər. Bu matç saat 14:00-da start götürəcək.

“AHF Arena”da keçiriləcək hər iki görüş federasiyanın rəsmi “facebook” səhifəsi və “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.


Paylaş: