Həvəskar snoubordçular arasında Heydər Əliyev Kuboku keçirilib

  • 18 Fevral 2024, 13:50

Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev Kuboku çərçivəsində uşaqlar və böyüklərdən ibarət həvəskar snoubordçular arasında yarış təşkil edilib.

Federasiyadan Sportlife.az-a verilən məlumata görə, yarışın keçirilməsinin əsas məqsədi ölkədə snoubord idman növünü təbliğ etmək və insanlar arasında bu idman növünə marağı artırmaqdır.

Tədbirdə öncədən qeydiyyatdan keçən, 5 müxtəlif yaş kateqoriyası üzrə 50-ə yaxın həvəskar snoubordçu birincilik uğrunda mübarizə aparıblar.

Yarışın nəticələri:

9-12 yaş qızlar arasında:

I yer - Leah McKennel (Almaniya)

9-12 yaş oğlanlar arasında:

I yer - Kamal Bəşirli (Azərbaycan)

II yer - Rüstəm rüstəmli (Azərbaycan)

13-17 yaş oğlanlar arasında:

I yer - Osimi Van meir Joah ( Belçika)

II yer - Teoman Taysi (Türkiyə)

18-25 yaş qadınlar arasında:

I yer - Günay Cavanşir (Azərbaycan)

II yer – Daria Malaxova (Rusiya Federasiyası)

18-25 yaş kişilər arasında:

I yer – Krems Philipp (Almaniya)

II yer - Rasim Rızayev (Azərbaycan)

26-45 yaş qadınlar arasında:

I yer - Yekaterina Basheva (Rusiya Federasiyası)

II yer - Alla Kostina (Rusiya Federasiyası)

III yer – Fidan Axundova (Azərbaycan)

26-45 yaş kişilər arasında:

I yer - Şamil Jıqlov (Rusiya Federasiyası)

II yer - İltis Daniel (Çex Respublikası)

III yer - Seymur Qurbanov (Azərbaycan)

46+ yaş kişilər arasında:

I yer – Tomoyuki Okada (Yaponiya)

II yer - Azad Kabıyev (Azərbaycan)

Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Kuboku fevralın 27-də uşaqlar arasında xizək yarışı üzrə davam etdiriləcək.


Paylaş: