Millimiz İspaniyaya da uduzdu

  • 13 Fevral 2025, 13:36

Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı davam edir.

Sportlife.az xəbər verir ki, Azərbaycan milli komandası ikinci turda İspaniya ilə qarşılaşıb.

5 kateqoriya üzrə (kişilərin şəxsi və qoşa, qadınların şəxsi və qoşa və qarışıq qoşa) keçirilən oyunda meydan sahibləri rəqibinə 2:3 hesabı ilə məğlub olub.

Azərbaycan millisi növbəti turda Danimarka münasibətlərə aydınlıq gətirəcək. Fevralın 14-də keçiriləcək qarşılaşma saat 10:00-da başlayacaq.

Morteza Validarvinin baş məşqçi olduğu kollektiv ilk turda İngiltərə millisinə eyni hesabla uduzub.

Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunan yarış fevralın 16-da bitəcək.


Paylaş: