Millimizdən uğursuz start

  • Bu gün, 13:37

Azərbaycan badminton millisi Bakıda ilk dəfə təşkil olunan qarışıq komandaların Avropa çempionatında mübarizəyə başlayıb.

Sportlife.az xəbər verir ki, birinci qrupda yer alan yığma ilk matçında Bakı İdman Sarayında İngiltərə seçməsini sınağa çəkib. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamız qrupda növbəti oyununu fevralın 13-də İspaniyaya qarşı keçirəcək. Görüş saat 10:00-da start götürəcək.


Paylaş: