Olimpiya medalları yeniləndi

  • Bu gün, 14:44

Sabah Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları – taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi keçiriləcək.

Sportlife.az xəbər verir ki, idmançıların Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar sonradan aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib. MOK-dan verilən məlumata görə, Qaşım Maqomedovun gümüş, Həsrət Cəfərovun isə bürünc medalı artıq yenilənib.

Bildirilib ki, yeni medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndərilib. Təqdimat mərasimində hər iki idmançıya yenisi ilə əvəz olunan medallar rəsmi şəkildə təqdim olunacaq.

Qeyd edək ki, mərasim MOK-un inzibati binasında baş tutacaq və Olimpiya mükafatçıları xüsusi dəvət əsasında tədbirdə iştirak edəcəklər.


Paylaş: