"Sabah"dan inamlı qələbə

  • Bu gün, 21:33

Azərbaycan Premyer Liqasında XXVI turun son oyununda "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib.

Sportlife.az xəbər verir ki, yarışın lideri "Liv Bona Dea Arena"da baş tutan matçda 4:2 hesablı qələbəyə sevinib.

"Bayquşlar"ın qalibiyyət qollarını Velko Simiç (13), Coy Lens Mikels (37-p. 62-p.) və Kahim Parris (81) vurublar. Meydan sahiblərinin heyətində isə Felipe Santos (7) və Hamidu Keyta (25) fərqləniblər.

Bu qələbə 1-ci pillədə olan "Sabah"ın turnir cədvəlindəki xallarını 65-ə çatdırıb. "Araz-Naxçıvan" isə 39 xalla 6-cı sıradadır.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1), "Qarabağ" "Karvan-Yevlax"ı (7:0) məğlub edib. "İmişli" - "Turan Tovuz" və "Zirə" - "Şamaxı" görüşlərində isə eyni hesablı bərabərliklər qeydə alınıb (1:1).


Paylaş: