"Təəssüf ki, çox vacib xallar itirdik"
Azərbaycan Premyer Liqasının XXVI turunun “İmişli” – “Turan Tovuz” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdiyev fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, mütəxəssis nəticəni belə şərh edib:
“İlk hissədə çox pis oynadıq. Hissənin axırlarına yaxın demək olar ki, heç nədən qol buraxdıq. 2-ci hissədə bir qədər aktivliyimizi artırdıq, amma 2-ci qolu vurmaq üçün bəzi şeylər kifayət etmədi. Təəssüf ki, çox vacib xallar itirdik”.