Kaşkilya: "Bu 1 xal da bizim üçün çox vacibdir"
Azərbaycan Premyer Liqasının XXVI turunun “İmişli” – “Turan Tovuz” oyunundan (1:1) sonra nominal meydan sahibi komandanın baş məşqçisi Jorj Kaşkilya fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, o, nəticəni belə şərh edib:
“Oyunçularımı təbrik etmək istəyirəm. Komanda doyüşkən oyun üslubuna qayıdıb. Bu tempdə davam etsək, istənilən rəqibə çətinlik yarada bilərik. İlk qolu vurana qədər oyun bizim üçün çətin keçirdi. Bütün görüş boyu taktiki cəhətdən yaxşı çıxış etdik. Müdafiədəki səhvlərimiz və Morqanın zədələnməsi səbəbilə qapımızda qol gördük. 2-ci hissəyə daha rahat başladıq. 2:1 hesab ilə qalib gəlməli idik, buna layiq idik. Bu 1 xal da bizim üçün çox vacibdir. İndi bütün diqqətimiz “Qəbələ” ilə oyuna yönəlib”.