Baş məşqçidən kapitan xahişi
"Çelsi"nin futbolçuları baş məşqçi Liam Rosenyordan əvəzedici komandaya göndərilən vitse-kapitan Enzo Fernandesin bağışlanmasını xahiş ediblər.
Sportlife.az xəbər verir ki, argentinalı jurnalist Veronika Brunati bu barədə məlumat yayıb.
O, həmçinin Fernandesə yaxın mənbələrə istinadən bildirir ki, futbolçunun prioriteti "Çelsi"də qalmaq və sadiqliyini vurğulayacaq yeni müqavilə imzalamaqdır.
Bu mövsüm Enzo "Çelsi"nin heyətində 46 oyununda meydana çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Fernandes "Real"da oynamaq istədiyini bildirdiyi üçün cəzalandırılıb.