Remzi karyerasını bitirdi

  • Bu gün, 14:52

"Arsenal" və Uels millisinin keçmiş yarımmüdafiəçisi Aaron Remzi karyerasını başa vurub.

Sportlife.az xəbər verir ki, o, futbolla vidalaşdığını sosial şəbəkə hesabında açıqlayıb.

"Bu qərar asan qəbul edilməyib. Çox düşündükdən sonra futboldan ayrılmaq qərarına gəldim. Əvvəlcə Uelsdən başlamaq istəyirəm. Uels formasını geyinmək və onlarla birlikdə bu qədər inanılmaz anlar yaşamaq şərəf idi. Bu, işlədiyim bütün məşqçilərin və məni bir çox cəhətdən dəstəkləyən bütün heyətin inanılmaz töhfələri olmadan mümkün olmazdı".

35 yaşlı futbolçunun son klubu 2025-ci ilin oktyabrında ayrıldığı Meksika "Pumas"ı olub. Remzi həmçinin "Kardiff", "Nitsa", "Reyncers", "Yuventus", "Arsenal" və "Nottinqem Forest" kimi klublarda da oynayıb.


Paylaş: