Arbeloa üçün təhlükə

  • Bu gün, 15:52

"Real"ın baş məşqçisi Alvaro Arbeloa cari mövsümün sonunda vəzifəsindən ayrıla bilər.

Sportlife.az xəbər verir ki, bu, komanda Çempionlar Liqasında uğursuz çıxış edəcəyi halda baş verəcək.

La Liqada qızıl medal şansları azalan "kral klubu" əsas diqqətini ÇL-ə yönəldib.

Qeyd edək ki, "Real" İspaniya çempionatında 30 turdandan sonra 69 xalla turnir cədvəlində ikinci yerdədir və "Barselona"dan yeddi xal geridədir.


Paylaş: