Gəncə klubu da pley-offda
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib.
Sportlife.az xəbər verir ki, pley-in mərhələsinin 2-ci görüşləri çərçivəsində "Lənkəran" "Gəncə"ni qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş Gəncə təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında ilk görüşdə də "Gəncə" rəqibini üstələmişdi - 91:55. Bu nəticədən sonra Gəncə komandası növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, daha əvvəl "Naxçıvan" və "Şəki" komandaları da Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.