PFL-dən "Turan Tovuz"a "yaşıl işıq"

  • Bu gün, 18:04

Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri Peşəkar Futbol Liqası (PFL) tərəfindən təftiş olunub.

Sportlife.az xəbər verir ki, keçirilmiş test qarşılaşmasının uğurlu nəticələri nəzərə alınaraq, "Turan Tovuz" klubunun ev oyunlarının Tovuz şəhər stadionuna qaytarılması qərara alınıb.

Bu dəyişiklik aprelin 12-də "Sumqayıt" kollektivinə qarşı keçiriləcək qarşılaşmadan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, daha əvvəl qərb təmsilçisi ev oyunlarını Bakıdakı "Azərsun Arena"da ev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.


Paylaş: