"İki qolu "Real"a hədiyyə etdik"

  • Bu gün, 12:54

"Real"ın müdafiəçisi Antonio Rüdiger Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Bavariya" ilə oyunu şərh edib.

Sportlife.az xəbər verir ki, almaniyalı futbolçu matçla bağlı bunları deyib:

"İkinci hissəyə çıxdıq və dərhal qol buraxdıq. Mənim üçün bu iki qol hədiyyə idi. Düşünürəm ki, ikinci hissədə daha çox şey etməli idik.

Mbappenin qolu sayəsində oyunda qaldıq. Daha sonra növbəti qolu vurmaq üçün şanslarımız oldu, amma sonda hər şey belə oldu".

Qeyd edək ki, görüş "Bavariya"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Paylaş: