Riberinin rekordu yeniləndi

  • Bu gün, 10:44

"Bavariya" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Real"a 2:1 hesabı ilə qalib gəlib.

Sportlife.az xəbər verir ki, Münhen klubunun vingeri Maykl Olise matçda məhsuldar ötürmə edib. O, 21-ci əsrdə Avropanın ən yaxşı 5 liqasında komandalar arasında bütün yarışlarda bir mövsümdə 25 məhsuldar ötürmə edən ilk fransız futbolçu olub.

Əvvəlki rekord 2011/12 mövsümündə 24 məhsuldar ötürmə edən Frank Riberiyə məxsus idi.

"Bavariya" və "Real" arasında cavab oyunu aprelin 15-də Münhendə keçiriləcək.


Paylaş: