"Sabah" Avropada zirvədə

  • Bu gün, 13:40

Avropanın milli çempionatlarında bu mövsüm məğlub olmayan 2 komanda qalıb.

Sportlife.az xəbər verir ki, bunlar “Slaviya” və “Benfika”dır. “Slaviya” Çexiya, “Benfika” isə Portuqaliya çempionatının geridə qalan 27 turunda məğlubiyyət üzü görməyib.

20 və daha çox oyun keçirənlər arasında 6 komandanın passivində 1 yenilgi var.

Onlardan biri də Azərbaycan Premyer Liqasının lideri “Sabah”dır. "Bayquşlar" keçirdiyi 25 qarşılaşmanın yalnız 1-də xalsız qalıb. “Bavariya” (Almaniya), “Fənərbağça” (Türkiyə), “Tre Fiori” (San Marino), “Şaxtyor” (Ukrayna) və “Linkoln” (Cəbəllüttariq) da cəmi 1 məğlubiyyətlə yadda qalıblar.


Paylaş: