Paris-2024: Azərbaycan atıcısı 24-cü yeri tutdu

  • 27 İyul 2024, 17:11

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Sportlife.az xəbər verir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb.

Lunyov 33 iştirakçı arasında 24-cü olub. 571 xal toplayan idmançı final mərhələsinə yüksələ bilməyib.

O, daha sonra 25 metr məsafədən atəşaçmada da bacarığını göstərəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Paylaş: