Paris-2024: Azərbaycan sablyaçısının ilk rəqibi bəlli oldu

  • 26 İyul 2024, 15:35

Azərbaycan qılıncoynadanı Anna Baştanın Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı ilk rəqibi bəlli olub.

Sportlife.az xəbər verir ki, sablyaçı 1/16 final mərhələsində Çin təmsilçisi Yanq Henqyu ilə üz-üzə gələcək.

Qarşılaşma iyulun 29-da olacaq.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.


Paylaş: