"Red Bull"a meydan oxumaq üçün çox həyəcanlıyam"

  • 23 Mart 2024, 13:23

"Ferrari" komandasının sürücüsü Karlos Sayns Avstraliya Qran-prisinə vəsiqə qazandığı ikinci yeri şərh edib.

Sportlife.az xəbər verir ki, ispaniyalı pilot əməliyyat olunduğu üçün Səudiyyə Ərəbistanında yarışı buraxmışdı.

“Çətin bir neçə həftə oldu, neçə gündür ki, yataqda uzanıb, bu gün burada ola biləcəyimi görmək üçün bu anı gözləyirəm. Demək olar ki, inanmadım. Amma mən burada olmaqdan çox xoşbəxtəm, bu həftəsonu "Red Bull"a meydan oxumaq üçün çox həyəcanlıyam. Yalan danışmayacağam, sükan arxasında ən rahat vəziyyətdə deyiləm, amma özümü tapa bilirəm. Təbii ki, çoxlu diskomfort və qəribə hisslər var, amma ağrı yoxdur, ona görə də bu, mənə əlimdən gələni etməyə imkan verir”, – deyə Sayns "Sky Sports"a bildirib.

"Red Bull" komandasının pilotu Maks Ferstappen təsnifat mərhələsində lider, onun komanda yoldaşı Serxio Peres isə üçüncü olub.

Avstraliya Qran-prisi bazar günü, martın 24-də keçiriləcək.


Paylaş: