UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olundu

  • 18 Aprel 2024, 17:32

UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran qadın mütəxəssislərə müvafiq diplomlar təqdim olunub.

Sportlife.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir qurumun inzibati binasında baş tutub.

Diplomları AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva, texniki direktoru Cahangir Həsənzadə və təhsil proqramının rəhbəri Aslan Kərimov təqdim ediblər.


Paylaş: