Bakıda Zəfər günü ilə bağlı yarış - FOTOLAR

  • 22 Dekabr 2025, 15:07

Dekabrın 21-də Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin 5-ci ildönümünə həsr olunmuş kombat ciu-citsu üzrə yarış keçirilib.

Sportlife.az xəbər verir ki, uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən yarışın açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin nümayəndələri və Avrasiya Kombat Ciu-Citsu Federasiyasının rəhbərliyi turnirin əhəmiyyətindən söz açıblar. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır.

Federasiyanın birinci vitse-prezidenti Baxtiyar Şıxzadayev qaydalar barədə məlumat verib. Qurumun ikinci vitse-prezidenti Məğrur Əhmədov idmançıların beynəlxalq yarışlarda iştirakı və qazandığı qələbələrdən danışıb.

Daha sonra yarışa start verilib.

Birincilikdə müxtəlif yaş qruplarında çəki dərəcələri üzrə 105 idmançı öz gücünü sınayıb. Yarışı Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədov idarə edib.

DİN-in İdman Cəmiyyəti 1-ci yerə çıxıb. Gəncə komandası ikinci, Biləcəri kollektivi isə 3-cü yeri tutub.

Sonda qaliblərə diplom və medallar təqdim olunub. Birincilikdə medal sayına görə, DİN-nin İdman Cəmiyyəti (məşqçi Eldar Məmmədov) 1-ci, Gəncə komandası ( məşqçı Ramin Yusifov) 2-ci, Biləcəri komandası (məşqçı Rais Orucov) isə 3-cü yeri tutub.


Paylaş: