İsmaqulovun erməni ilə döyüşü təxirə salındı - SƏBƏB

  • 29 Fevral 2024, 18:26

"Hаше дело 82" döyüş liqasının martın 2-də keçirilməsi planlaşdırılan turnir təxirə salınıb.

Sportlife.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

“Məkanla bağlı texniki səbəblərə görə "Hаше дело 82" turniri başqa tarixə təxirə salınıb. Liqa yaxın gələcəkdə tədbirin yeni tarixi ilə bağlı bütün məlumatları açıqlayacaq. Turnir üçün bilet alan hər kəsə pulu geri qaytarılacaq", - liqanın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, martın 2-də Moskvada"Hаше дело 82" döyüş liqası turniri keçirilməli idi. Gecənin əsas döyüşü ACA Qran-prisinin qalibi Eduard Vartanyan (25-4) ilə keçmiş UFC döyüşçüsü Damir İsmaqulov (24-3) arasında olmalı idi.


Paylaş: