“Neftçi” İdman Klubunun təmsilçiləri ilin ilk üç ayında 256 medal qazandılar

  • 2 Aprel 2024, 17:17

“Neftçi” İdman Klubunun təmsilçiləri bu ilin ilk üç ayında ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda 256 medal qazanıblar.

Sportlife.az xəbər verir ki, bunlardan 82-si qızıl, 71-i gümüş və 103-ü bürünc mükafatdır.

İdmançılar beynəlxalq yarışlarda 83 (29 qızıl, 23 gümüş, 31 bürünc), respublika səviyyəli turnirlərdə 93 (24 qızıl, 27 gümüş, 42 bürünc), paytaxt yarışlarında 42 (13 qızıl, 15 gümüş, 14 bürünc), digər yarışlarda isə 38 dəfə (16 qızıl, 6 gümüş, 16 bürünc) fəxri kürsüyə qalxıblar.

Bununla da “Neftçi” İdman Klubu Azərbaycanda fəaliyyət göstərən idman qurumları arasında liderliklərini qoruyub.


Paylaş: