20 yaşlı fransalı İngiltərə nəhənginin hədəfindədir

  • 26 Aprel 2024, 17:41

"Kristal Pelas"ın yarımmüdafiəçisi Maykl Olise karyerasını başqa klubda davam etdirə bilər.

Sportlife.az 90min.com-a istinadla xəbər verir ki, 20 yaşlı fransalı futbolçuya yay transfer pəncərəsində transfer etmək niyyətində olan "Mançester Yunayted" iddia edir.

Bu mövsüm Olise Premyer Liqada 15 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.


Paylaş: