
A Seriyasında növbəti təxirəsalma
İtaliya A Seriyasının XXXIV turunun aprelin 26-na planlaşdırılan oyunları təxirə salınıb,
Sportlife.az xəbər verir ki, matçlar Roma Papası Fransiskin dəfn mərasimi ilə əlaqədar başqa tarixlərdə keçiriləcək.
Daha əvvəl “Komo” – “Cenoa”, “İnter” – “Roma” və “Latsio” – “Parma” görüşləri təxirə salınıb.
Qeyd edək ki, İtaliyada Papanın ölümü ilə əlaqədar beş günlük matəm elan edilib.