
Alonsonun rəhbərlikdən ilk istəyi
"Real"ın gələcək baş məşqçisi Xabi Alonso rəhbərlikdən Ramon Yakobonun komandada qalmasını xahiş edib.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis 20 yaşlı futbolçunun satılmasını istəmir.
Qeyd edək ki, Yakobo "Malyorka" isə matçın (2:1) sonlarında qələbə qoluna imza ataraq, böyük futbola hazır olduğunu sübut edib.
O, bu mövsüm "Kastilya"nın heyətində 15 oyun keçirib və 5 qol vurub.