
"Arsenal" 3 futbolçu ilə vidalaşır
"Arsenal" yay transfer pəncərəsi zamanı heyətində bir sıra dəyişikliklər etməyi planlaşdırır.
Sportlife.az xəbər verir ki, London klubu Aleksandr Zinçenko, Leandro Trossar və Kiran Tirni ilə vidalaşacaq.
Mikel Artetanın komandası Premyer Liqanın turnir cədvəlində ikincidir. “Topçular” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda da “Real Madrid"i məğlub edib -3:0.