"Arsenal" braziliyalını komandada saxlamaq istəyir

  • Dünən, 17:32

"Arsenal" mərkəz müdafiəçisi Qabriel Maqalyaesi itirmək istəmir.

Sportlife.az xəbər verir ki, "topçular" 26 yaşlı futbolçunun müqaviləsini uzatmağı düşünür. Onun hazırki sözləşməsi 2027-ci ilin yayına qədərdir.

Qabriellə başda "Real" olmaqla bir çox klub maraqlanır. O, 2020-ci ildən "Arsenal"da çıxış edir. Braziliyalı klubda ümumilikdə 171 oyuna çıxıb.

 


Paylaş: