"Trabzonspor" məğlubiyyətdən son anlarda qaçdı

  • Dünən, 23:07

Türkiyə Süper Liqasında 3-cü turdan təxirə salınmış görüş keçirilib.

Sportlife.az xəbər verir ki, bu mövsüm qələbəsi olmayan "Trabzonspor" "Kayserispor"u qəbul edib. Görüşdə hesabı Kayseri təmsilçisi açıb. İlk hissədə başqa qol olmayıb.

"Kayserispor" ikinci hissənin 63-cü dəqiqəsində daha bir qol vurub. "Trabzonspor" oyuna əlavə edilmiş dəqiqələrdə iki qol vuraraq hesabı bərabərləşdirməyi bacarıb - 2:2.

"Trabzonspor" Süper Liqa 4-cü görüşündə də heç-heçə edib.. "Kayserispor" isə xalını 3-ə çatdırıb.


Paylaş: