"Dinamo" Yakiroviçlə yolları ayırdı

  • Dünən, 14:45

"Dinamo" baş məşqçisi Sergey Yakiroviçlə yolları ayırıb.

Sportlife.az klubun sosial media hesabına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin vəzifəsinə son verilib.

Yakiroviçin komandası Çempionlar Liqasının ilk turundə səfərdə "Bavariya" 2:9 hesabıyla məğlub olmuşdu.

Xatırladaq ki, Zaqreb klubu ÇL-nın pley-off mərhələsində "Qarabağ"ı iki oyunun nəticəsinə görə məğlub edərək əsas mərhələyə vəsiqə qazanmışdı.


Paylaş: