"Ştutqart"ın kapitanı Türkiyə millisində çıxış edə bilər

  • Dünən, 13:20

"Ştutqart"ın kapitanı Atakan Karazor Türkiyə millisində çıxış edəcək.

Sportlife.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, Almaniyada doğulmuş 27 yaşlı dayaq yarımmüdafiəçisinin Türkiyə vətəndaşlığı alması üçün başladılan prosedur artıq yekunlaşıb. Baş məşqçi Vinçenso Montella dəvət edəcəyi təqdirdə, Karazor "ay-ulduzlular"ın şərəfini qoruyacaq.

A.Karazor 2019-cu ilin yayından "Ştutqart"da çıxış edir. Türk yarımmüdafiəçi bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.


Paylaş: