İkardi məşqlərə qayıdıb

  • Dünən, 16:09

"Adana Demirspor"la görüşdə zədələnən "Qalatasaray"ın forvardı Mauro İkardi məşqlərə qayıdıb.

Sportlife.az klubun sosial media hesablarına istinadən xəbər verir ki, argentinalı hücumçu bu gün keçirilən məşqdə komanda ilə bir yerdə olub. O, ümumi məşqlərə qatılıb.

Buna baxmayaraq İkardinin bu həftəsonu keçiriləcək "Fənərbağça" - "Qalatasaray" görüşündə heyətdə olmayacağı gözlənilir.


Paylaş: