II Liqanın da püşkü atıldı

  • Bu gün, 18:30

Futbol üzrə Azərbaycan II Liqasında yeni mövsümün püşkü atılıb.

Sportlife.az xəbər verir ki, I turda qarşılaşacaq komandalar bəlli olub.

“Göygöl” – “Araz Saatlı”

“Kür-Araz” – “Ağdaş”

“Şirvan” – “Şəmkir”

“Dinamo” – “Xankəndi”

“Hypers Quba” – “Qaradağ Lökbatan”

“Ağstafa Gəncləri” – “Sheki City”

Ölkə çempionatı sentyabrın 6-da start götürəcək. Turnir 12 komandanın iştirakı ilə 2 dövrəli sistemlə keçiriləcək.

Qeyd edək ki, ötən mövsüm II Liqanın qalibi adını "Şahdağ Qusar" komandası qazanmışdı.


Paylaş: