
Menecer dəyişdi, danışıqlar başladı
"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq keçmiş agenti Ali Dursunla əməkdaşlığa son qoyub.
Sportlife.az xəbər verir ki, futbolçunun yeni meneceri artıq kataloniyalıların idman direktoru Deku ilə əlaqə saxlayıb. Tərəflər ilk müzakirələri aparıb və müqavilənin mümkün uzadılma şərtləri ilə bağlı danışıqlara başlayıblar.
"Barselona"nın De Yonqla müqaviləni uzatmaq üçün əsas şərtlərindən biri onun agentini dəyişməsi idi.
Qeyd edək ki, 28 yaşlı niderlandlının müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.