
Qvardiola MS ilə müqaviləni uzada bilər
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubla əməkdaşlığı daha 2 il uzada bilər.
Sportlife.az xəbər verir ki, 54 yaşlı mütəxəssisin hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
"Müqaviləmin bitməsinə hələ iki il qalıb, amma ola bilsin ki, daha iki mövsümlük uzadılsın. Hər şey nə vaxt dayanmaq qərarına gəlməyimdən asılıdır - bu il, iki və ya dörd il sonra. "Fasilə verdim, amma hazırda özümü əla hiss edirəm", - deyə Qvardiola deyib.
İspan mütəxəssis 2016-cı ildən "şəhərlilər"ə başçılıq edir.