
Lukakuya əvəzləyici tapıldı
“Roma”nın və Ukrayna millisinin hücumçusu Artyom Dovbik karyerasını “Napoli”də davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, Neapol klubu Romelu Lukakunun zədəsi səbəbindən ukraynalı ilə müqavilə imzalamağı düşünür.
Belçikalı forvard əməliyyat olunsa, yeni hücumçu transfer ediləcək.
Dovbik ötən mövsüm klub səviyyəsində 45 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.