"Allah nə vaxt istəsə, insanı mükafatlandırır"

  • Bu gün, 14:07

"Belə vacib oyunda komandama kömək edə bildiyim üçün sevincliyəm".

Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Musa Qurbanlı deyib.

23 yaşlı hücumçu Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verib.

O, Macarıstanda "Ferentsvaroş"a qalib gəldikləri (3:1) Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb: "Başqa şeylər fikirləşmək istəmirəm. İndiyədək də həmişə məşqlərdə çox çalışmışam. Əlimdən gələni etmişəm. Sadəcə, səbirli olmaq lazım idi. Yenə çalışmağa davam edəcəyəm. Allah nə vaxt istəsə, insanı mükafatlandırır. Mənə düşən sadəcə işləməkdir".

Qeyd edək ki, tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


Paylaş: