
"Marsel" Rabyoya qiymət qoydu
Fransalı yarımmüdafiəçi Adrien Rabyo yay transfer pəncərəsində "Marsel"dən ayrıla bilər.
Sportlife.az xəbər verir ki, klub 30 yaşlı futbolçunu satışa çıxarıb və ona təxminən 15 milyon avro qiymət qoyub. Yarımmüdafiəçi ilə "Yuventus" və "Milan" maraqlanır.
Qeyd edək ki, bu qərara səbəb Liqa 1-in açılış turunda "Renn"ə məğlubiyyətdən (0:1) sonra Rabyo ilə Conatan Rou arasında yaranmış münaqişəli vəziyyət olub. Nəticədə "Marsel" rəhbərliyi hər iki futbolçunun adını satış siyahısına salıb.