
Məşhur futbolçudan erkən vida
Almaniyalı müdafiəçi Jerom Boatenq Avstriyanın LASK komandasını tərk edib.
Sportlife.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Qeyd edək ki, futbolçunun klubla hələ 2026-cı ilin yayına kimi sözləşməsi var idi. Boatenq ötən ilin yayındandan LASK-da çıxış edirdi. O, bu komandada 14 oyun keçirib. Təcrübəli oyunçu əvvəllər "Mançester Siti", "Bavariya" və "Lion" kimi klublarda da oynayıb.