
"Napoli" afrikalı forvardla maraqlanır
"Napoli" "Genk"in hücumçusu Tolu Arokodarenin transferində maraqlıdır,
Sportlife.az xəbər verir ki, 24 yaşlı nigeriyalı zədəli Romelu Lukakunun əvəzedicisi kimi nəzərdən keçirilir.
Arokodare ötən mövsüm 45 matçda 23 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun "Genk"lə 2027-ci il iyunun 30-na kimi müqaviləsi var.
Transfermarkt futbolçunun transfer dəyərini 18 milyon avro qiymətləndirir.