
"Arsenal"da şok itki
"Arsenal"ın hücumçusu Kay Haverts dizindən aldığı zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb.
Sportlife.az xəbər verir ki, bu səbəbdən 26 yaşlı forvard bu gün səhər saatlarında keçirilən açıq məşqdə iştirak etməyib. Oyunçunun durumuna ətraflı tibbi müayinələrdən sonra tam aydınlıq gələcək.
Bununla belə, "Arsenal" transfer pəncərəsi bağlanmazdan əvvəl bir forvardın keçidini həll etmək istəyir.
Yeni transfer Viktor Dyökereş hazırda Mikel Artetanın sərəncamında olan yeganə hücumçudur.