Avropa Liqasının qalibi Fransa klubunda

  • Bu gün, 12:09

Almaniya millisinin sabiq qapıçısı Kevin Trapp "Paris"ə keçib.

Sportlife.az xəbər verir ki, Liqa 1 klubu daha əvvəl Almaniyanın "Ayntraxt" klubunda çıxış etmiş 35 yaşlı qolkiperlə müqavilə imzaladığını açıqlayıb. Trapp ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

2015-ci ildən 2019-cu ilə qədər Trapp PSJnin oyunçusu olub. Bu komandada 91 oyun keçirib və 11 titul qazanıb.

Trapp “Ayntraxt”la birlikdə 2021/22 mövsümündə Avropa Liqasının qalibi olub.


Paylaş: