
Qvardiola imicini dəyişdi
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola imicini dəyişib.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis saqqalını qırxıb.
O, bunu qızının istəyilə etdiyini bildirib: "Saqqal artıq yoxdur. Qızım dedi ki, bu, qorxunc görünür. Buna görə də saqqalı ləğv etməli oldum".