
"Sevilya"dan "Bayer"ə
"Sevilya"nın və Fransa millisinin müdafiəçisi Loik Bade "Bayer"ə keçməyə yaxındır.
Sportlife.az xəbər verir ki, tərəflər 30 milyon avro + bonuslar qarşılığında razılığa gəliblər.
Futbolçu Leverkuzen klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayacaq.
Bade ötən mövsüm La Liqada 32 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.