
Yığmamız AÇ-yə məğlubiyyətlə başladı
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində təşkil olunan Avropa çempionatının B divizionunda ilk oyununa çıxıb.
Sportlife.az xəbər verir ki, yığma İsveç seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 87:54.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 22-də Niderlandla, avqustun 24-də Slovakiya ilə, avqustun 25-də Lüksemburqla qarşılaşacaq.