UEFA "Ferensvaroş"u cəzalandırdı

  • Bu gün, 17:50

UEFA-nın Apellyasiya Orqanı Macarıstanın "Ferentsvaroş" klubuna cəzalar tətbiq edib.

Sportlife.az xəbər verir ki, bu, Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan "Lüdoqorets"i üzərində 3:0 hesablı qələbənin qazanıldığı cavab görüşündə baş verənlərlə əlaqədardır.

Avqustun 12-də keçirilmiş qarşılaşmada macarıstanlı azarkeşlər irqçi davranışa yol veriblər və ictimai keçidləri bloklayıblar.

Apellyasiya Orqanının qərarına əsasən, rasizm səbəbindən "Ferentsvaroş" "Qarabağ"a qarşı pley-off mərhələsinin ilk oyunundan etibarən "Groupama Arena"nın tribunalarının bir hissəsi 2 ay müddətinə şərti qapadılıb. Budapeşt klubu həm fanatların həm bu hərəkəti, həm də ictimai keçidləri bloklamaları səbəbindən ümumilikdə 30 min avro cərimələnib.

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la səfər oyununda qələbə qazanıb - 3:1. Pley-off mərhələsinin cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlanacaq.


Paylaş: