“Biz sənin müqaviləni mütləq imzalayacağıq"

  • Dünən, 18:09

“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher Madrid klubuna transferinin təhlükə altında olduğu vaxtdan danışıb.

Sportlife.az AS nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu o günlər barədə bunları deyib:

“Atletiko” ilə “Çelsi” arasındakı müqavilədə olan problemlər səbəbindən Londona qayıtmazdan əvvəl baş məşqçi Dieqo Simeone ilə görüşdüm. Simeone mənə belə dedi: “Biz sənin müqaviləni mütləq imzalayacağıq. Sadəcə, Madridə qayıdanda hazır olmaq lazımdır”.


Paylaş: