Rodiney daha 3 il "Olimpiakos"da

  • Dünən, 22:36

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Olimpiakos” futbolçusu ilə müqavilə müddətini uzadıb.

Sportlife.az klubunun saytına istinadən xəbər verir ki, 32 yaşlı sağ cinah müdafiəçisi Rodiney daha 3 il Pirey təmsilçisinin şərəfini qoruyacaq.

Braziliyalı futbolçu 2022-ci ildən bu klubun şərəfini qoruyur. O, klubda ümumilikdə 75 oyuna çıxıb və 4 qol vurub.

“Qarabağ” “Olimpiakos”la 2025-ci il yanvar 30-da səfərdə qarşılaşacaq.


Paylaş: